Azərbaycanda 5 kənddə təmtəraqlı yas vermək qadağan edildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 5 kənddə təmtəraqlı yas vermək qadağan edildi

Sosial

18 Mart 2024 14:08 1924


Azərbaycanda daha bir kənddə yas mərasimində yemək verilməməsi qərara alınıb.

Ölkə.Az-ın məlumatına görə, Şəki rayonunun Şirinbulaq kənd camaatının ümumi qərarı ilə bundan sonra yas mərasimlərində yemək verilməyəcək.

Sosial şəbəkə istifadəçiləri həmçinin Şəkinin Böyük Dəhnə, Kiçik Dəhnə və Oxud kəndlərində də artıq yaslarda yemək verilməsi adətinin tədricən aradan qalxdığını bildiriblər. Dominos pizza

Hətta qeyd edilib ki, artıq bir neçə ildir Şəkinin Orta Zəyzid kəndində bu qayda tətbiq olunur. 

Xatırladaq ki, daha əvvəl də Naxçıvanın Mahmudkənd və Culfa rayonunun Camaldın kəndinin sakinləri yas mərasimlərində yemək verilməsini dayandırmışdılar.

Bunu israfçılıq hesab edən kənd sakinləri Camaldın kəndində yas mərasimlərində yalnız çay süfrəsi olacağını bildirmişdilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!