Azərbaycanda ağır yol qəzası:   4 ölü, 3 yaralı - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ağır yol qəzası: 4 ölü, 3 yaralı - FOTOLAR

Hadisə

10 May 2026 09:16 745


Ağdam rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, qəza rayonun Xıdırlı kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan “Hyundai” markalı avtomobil qarşıdan gələn “VAZ-2106” markalı maşınla toqquşub. pizza mizza

Qəza nəticəsində avtomobillərdə olan 4 nəfər hadisə yerində həyatını itirib, 3 nəfər isə ağır xəsarət alıb. Yaralıların xəstəxanaya çatdırılması üçün hadisə yerinə həkim briqadaları cəlb olunub.

Ölən şəxslərin hərbçi olduqları bildirilir.

FHN-nin Qarabağ Regional Mərkəzinin xilasediciləri avtomobillərdə sıxılı vəziyyətdə qalan meyitləri çıxararaq aidiyyəti üzrə təhvil verib.

Faktla bağlı araşdırma aparılır./Qafqazinfo


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!