Azərbaycanda aylıq gəliri 2500 manatdan çox olanlara şad xəbər

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda aylıq gəliri 2500 manatdan çox olanlara şad xəbər

İqtisadiyyat

03 Noyabr 2025 17:13 408


Azərbaycanda qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş icbari tibbi sığorta haqqının ödənilməsi qaydası dəyişə bilər.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, bununla bağlı "Tibbi sığorta haqqında" qanunda dəyişiklik edilməsi təklif olunur.

Təklifə əsasən, gələn ildən sözügedən kateqoriya üzrə aylıq gəlir 2 500 manata qədər olduqda sığortaolunan və sığortaedən hər biri bunun 2 %-i qədər, 2 500 manatdan çox olduqda isə sığortaolunan və sığortaedən hər biri artıq hissənin 0,5 %-i qədər sığorta haqqı ödəyəcək. Marqarita pizza

Xatırladaq ki, hazırda muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Milli Məclis və yaxud müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurum) vəzifəyə təyin etdiyi şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə əməkhaqqının 8 000 manata qədər olan hissəsindən sığortaolunan və sığortaedən hər biri 2 %, 8 000 manatdan çox olan hissəsindən isə sığortaolunan və sığortaedən hər biri 0,5 % sığorta haqqı ödəyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!