Azərbaycanda beynəlxalq sığorta forumunun keçirilməsi bərpa olunur

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda beynəlxalq sığorta forumunun keçirilməsi bərpa olunur

İqtisadiyyat

13 Noyabr 2023 20:37 2783


Azərbaycanda beynəlxalq sığorta forumunun keçirilməsi bərpa olunur.

Yenisabah.az xəbər verir, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyası məlumat yayıb.

Bildirilib ki, ASA-nın İcraçı direktoru Elmar Mirsalayev Türkiyənin Antalya şəhərində keçirilən "Beynəlxalq Sığorta Sərgisi və Konqresi" çərçivəsində nüfuzlu beynəlxalq forum təşkilatçısı olan "Xprimm" şirkətinin rəsmisi Georgiana Oprea ilə görüşüb.

Görüşdə Azərbaycanda ənənəvi olaraq təşkil olunan, lakin COVID-19 pandemiyası ilə əlaqədar təşkilinə fasilə verilən beynəlxalq sığorta forumlarının növbəti ildən yenidən bərpası ilə bağlı müzakirə aparılıb.

Qeyd edək ki, sonuncu dəfə 2019-cu ildə Bakıda Beynəlxalq sığorta forumu keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!