Milli Məclisin (MM) növbədənkənar sessiyasının bu gün keçirilən iclasında "Gömrük tarifi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi I oxunuşda təsdiq edilib.
"Yeni Sabah" xəbər verir ki, sənəd Azərbaycanda gömrük rüsumundan azad edilən hüquqi şəxslərin siyahısının genişləndirilməsi nəzərdə tutulur.
Qanun layihəsinə əsasən, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş Ələt azad iqtisadi zonasında Azad Zona hüquqi şəxsi tərəfindən tamamilə istehsal edilmiş və ya emala məruz qalma meyarlarına uyğun olaraq kifayət qədər emal olunmuş yerli mənşəli malların həcminin azı 50 %-nin ölkə hüdudlarından kənara ixracı şərtilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada Ələt azad iqtisadi zonasından əsas iqtisadiyyata gətirilməsi – malı istehsal və ya emal edən Azad Zona hüquqi şəxsinin təsis olunduğu tarixdən 15 il müddətində gömrük rüsumundan azad edilir. pizza sifarişi
Qanun gələn il yanvarın 1-dən qüvvəyə minəcək.
Telegram kanalımız