Azərbaycanda çılpaq naturaçılara verilən məbləğ artırıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda çılpaq naturaçılara verilən məbləğ artırıldı

Şou

04 Mart 2019 00:54 1311


Nazirlər Kabineti “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”ndə dəyişiklik edib.

“Yeni Sabah” xəbər verir ki, dəyişikliyə görə, əməyin saathesabı ödənilməsi məbləğlərinə məzuniyyət haqqı daxil edilir.

Müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor və ya elmlər doktoru üçün 8,79 manat, dosent və ya fəlsəfə doktoru üçün 6,37 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 4,29 manat məbləğində müəyyənləşdirilir. Dördpendirli pizza

Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 5,61 manat, çılpaq naturada isə 9,28  manat məbləğində müəyyən olunur.

Əməyin saathesabı ödənilməsi məbləğləri mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil edilir.

Bu Qərar 2019-cu il martın 1-dən qüvvəyə minir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!