Azərbaycanda çörəyin qiyməti bahalaşacaq? - AÇIQLAMA 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda çörəyin qiyməti bahalaşacaq? - AÇIQLAMA 

Sosial

30 May 2024 15:42 414


Xəbər verdiyimiz kimi, Azərbaycanda un bahalaşıb. Belə ki, aprel ayında 50 kiloqramlıq unun qiyməti 25 manat 5 qəpik təşkil edib. Bu ay isə qiymət 27 manat 35 qəpiyə qədər artıb.

Bəs görəsən, unun qiymətindəki artım çörəyin bahalaşmasına təsir göstərəcək?

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev "Unikal"a açıqlamasında bildirib ki, ölkədə çörəyin qiymətinin artması gözlənilmir. Pepperoni pizza

"Ola bilsin ki, bu aylarda un məhsullarına olan tələbat yüksəldiyi üçün müəyyən qiymət artımı olsun. Bir neçə gündən sonra buğda və arpa biçininə başlanılacaq. Sözsüz ki, bazar tənzimlənməlidir. Ona görə də narahatlığa səbəb yoxdur", - deyə komitə sədri bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!