Azərbaycanda dağıdıcı zəlzələ gözlənilir? -AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda dağıdıcı zəlzələ gözlənilir? -AÇIQLAMA

Sosial

13 Noyabr 2023 18:02 1476


Son günlər Azərbaycanın müxtəlif ərazilərində ard-arda əhali tərəfindən hiss edilən zəlzələlər baş verir. Belə ki, noyabrın 11-də İsmayıllı rayonu ərazisində bir neçə saat fasilə ilə 3,0 və 2,9 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Maraqlıdır ki, cəmi iki gün sonra, noyabrın 13-də İsmayıllıda 3,0 bal gücündə daha bir zəlzələ baş verib.

Ardıcıl təkanların qeydə alınması cəmiyyətdə panikanın yaranmasına səbəb olub. Xüsusilə də, bu ilin fevral ayında qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələlər ölkəmizdə də yeraltı təkanlarla bağlı həyəcanın birə-beş artmasına səbəb olub.

Bəs Azərbaycanda daha güclü təkanlar gözlənilirmi? Pepperoni pizza

“Yeni Sabah” xəbər verir ki, seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli Bizim.media-ya açıqlamasında bildirib ki, zəlzələ hər gün baş verir, sadəcə onlardan bir neçəsi 3,0 bal gücündə və yuxarı olduqda hiss olunur:

"Amma bu da seysmogen bölgə üçün normal haldır. Tarixən Azərbaycanda çox güclü zəlzələlər baş verib. Buna Şamaxı, Gəncə, Ağsu, Göyçayda baş verən zəlzələləri misal göstərə bilərik. Belə ki, bu ərazilərdə vaxtilə 8-9 bal gücündə zəlzələlər olub. Hətta Göygöl məhz güclü zəlzələ nəticəsində yaranıb. Lakin yaxın günlərdə heç bir bölgədə dağıdıcı zəlzələ baş verməsi gözlənilmir. 4-6, hətta 7 bal gücündəki zəlzələ qorxuducu deyil”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!