Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürdü

Kriminal

23 Sentyabr 2026 20:55 392


Naxçıvanda yeni doğulan körpəni öldürən 1974-cü il təvəllüdlü K.S.-nin məhkəmə prosesi başa çatıb.

"Yeni Sabah" Xitab24.az-a istinadla xəbər verir ki, Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dəhşətli faktlar üzə çıxıb.

Məlum olub ki, qadının öldürdüyü körpəni onun öz qızı dünyaya gətirib. 52 yaşlı təqsirləndirilən şəxsin cinayət törətməsinə səbəb isə körpənin nikahdankənar doğulması olub. Toyuqlu pizza

Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzində doğulan uşaq evə aparılarkən avtomobildə boğularaq öldürülüb. Qadın uşağın səsinin eşidilməməsi üçün sürücüdən maqnitofonun səsini artırmasını istəyib.

Körpəni üzüstə çevirən qadın uşağın ağız və burun nahiyəsini sağ qolunun iç səthinə sıxmaqla onun nəfəs almasına mane olub, təxminən 10-15 dəqiqə həmin vəziyyətdə saxlayaraq cinayət əməlini həyata keçirib.

Babək rayonundakı kəndə çatdıqdan sonra isə təqsirləndirilən şəxs uşağın meyitini əvvəlcə yardımçı tikilidə gizlədib, daha sonra həyətdəki tualet quyusuna atıb.

Sonradan əməli ifşa olunan qadın el içində rüsvay olmamaq üçün bu yola əl atdığını bildirib.

Sonda K.S. Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi üzrə təqsirli bilinib. Oğlan nəvəsini qəsdən öldürən nənə 14 il müddətinə azadlıqdan məhrum edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!