Dekabrın 20-də Mərkəzi Bankın sədri Taleh Kazımov ölkənin müstəqil iqtisadçı ekspertləri ilə görüşüb. Rövşən Ağayev, Seymur İbadov, Natiq Cəfərli, Elşad Məmmədov, Xalid Kərimli və Sevil Mikayılova ilə bərabər, görüşdə Əkrəm Həsənov da iştirak edib.
Yenisabah.az-a müsahibəsində bank sektoru üzrə mütəxəssis deyib:
– Mərkəzin Bankın sədri özü bildirdi ki, belə bir görüşü çoxdan planlaşdırırdı və bu cür görüşlərin vaxtaşırı olmasını istəyir. Taleh Kazımov öz mövqeyini bizə çatdırmaq, həm də təklif və iradları öyrənmək istəyirdi. pizza mizza
Qısası, Mərkəzi Bank sədri ilə görüş 3 saata yaxın davam etdi. Qərara alındı ki, 2-3 aydan bir belə görüş təşkil olunsun. Hətta başqa ekspertlərin də dəvət olunması təklif edildi.
– Bu gün yaddaşlara həmişəlik həkk olunmuş devalivasiyanın, yəni dolların dəyərinin manata nisbətən yüksəlməsindən düz 7 il keçir. Hazırkı məzənnə 1 dollar 1,7 manatdır. Milli Bankın sədri Elman Rüstəmov vəzifəsindən getməzdən öncə bildirmişdi ki, dolların manata real nisbəti 1-in 1-ədir. Sizcə, hazırda rəsmi deyil, real məzənnə eyni səviyyədədir?
– Bunu dəqiq söyləmək mümkün deyil. Bir neçə iqtisadi hesablama metodu olduğu üçün konkret söz deyə bilmirəm. Çünki hər bir hesablama metodu üzrə nəticə fərqlidir. Amma əsas onu bilməliyik ki, dolların real məzənnəsi hazırda 1.70 manat deyil və 1.70-dən az olmalıdır. Çünki manat hazırda kifayət qədər möhkəmdir, valyuta ehtiyatımız artıb.
Bəzən vətəndaşlar sual verir ki, milli valyutanın növbəti devalvasiyası olacaq? Deyirik ki, əksinə, manat məzənnədə yüksəlib. Manatla dolların nisbəti indi 1-in 1-ə də ola bilər, amma hər halda 1.70 deyil. Yəni 1.10, 1.20, 1.30 civarında. Manat bu gün özünü kifayət qədər yaxşı hiss edir.
– Gələn il dolların kursunda sürpriz artım gözlənilirmi?
– Belə ehtimal hazırda 1%-dən də aşağıdır. Mərkəzi Bank sədri ilə görüşümüz də bunu bir daha təsdiqlədi. Devalivasiya, yaxud məzənnə sıçrayışı olmayacaq. Əgər dünyada elə bir şey baş verməlidir ki, nəsə olsun. Lakin sıradan bir hadisələr heç nəyi dəyişməyəcək. Hətta son günlər neftin qiyməti hesabına valyuta ehtiyatlarımızı artırmışıq. Buna görə dəyişiklik gözləmirəm.
Rafi MÜSLÜMOV
Telegram kanalımız