Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Azərbaycanda əkiz və üçəmlərin sayı artıb
20 Sen 2021 13:12
308

Azərbaycanda əkiz və üçəmlərin sayı artıb

Son illər ərzində Azərbaycanda əkiz və üçəm körpələrin dünyaya gəlməsi halları artıb.

Yenisabah.az-ın məlumatına görə, 2011-ci ildə ölkədə 1 506, 2012-ci ildə 2 176, 2013-cü ildə 2 270, 2014-cü ildə 3 148, 2015-ci ildə 3 054, 2016-cı ildə 2 734, 2017-ci ildə 2 586, 2018-ci ildə 2 752 , 2019-cu ildə 3 356, 2020-ci ildə isə 3 300 əkiz dünyaya gəlib. Azərbaycanda son 8 ildə yalnız 2019-cu ildə doğulan əkizlərin sayı ən yüksək olub.

Əkizlərin dünyaya gəlməsi halları daha çox şəhər yerlərində qeydə alınıb. Ötən 8 ildə şəhər yerlərində ən çox əkiz 2019, daha sonra 2020 və 2014-cü illərdə baş verib. Bu hal kənd yerləri üzrə də müşahidə edilib. Azərbaycanın şəhər yerlərində 2019-cu ildə 1 862, 2020-ci ildə 1 784, 2014-cü ildə 1 698 əkiz dünyaya gəlib. Lakin ötən il kənd yerlərində daha çox əkiz dünyaya gəlib. 2020-ci ildə kəndlərdə 1 516 əkiz dünyaya gəldiyi halda, 2019-cu ildə bu say 1 494, 2014-cü 1 450 olub.

Son 9 ildə ən çox üçəm ötən il dünyaya gəlib. Keçən il ümumilikdə 123 üçəm dünyaya gəlib. Ötən il cəmi 4 dördəm doğulub.

 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər