Azərbaycanda ətin qiyməti yenə qalxdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ətin qiyməti yenə qalxdı

Sosial

14 İyul 2025 12:32 11870


Son günlər paytaxt bazarlarında mal ətinin, xüsusilə erkək dana ətinin qiyməti artıb.

Satıcıların sözlərinə görə, qiymət artımı təxminən bir həftə öncədən başlayıb. Əvvəl 15 manata satılan ət indi bəzi yerlərdə 15 manat 50 qəpik, bəzi qəssabxanalarda isə 16 manata qədər bahalaşıb.

Bahalaşmanın səbəbi kimi daxildə danaların azlığı və yay aylarında maldarlığa marağın azalması göstərilir. Hələlik qiymət sabitləşsə də, ucuzlaşma gözlənilmir. Satıcılar bildirirlər ki, yem bazarının qiymətləri, fermerlərin xərcləri qiymətləri artıran əsas səbəblər sırasındadır. Toyuqlu pizza

Qiymətlərin nə zaman səbitləşəcəyi qəssablar üçün də qeyri-müəyyəndir. /Xəzər Tv


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!