Azərbaycanda fantastik qiymətə avtomobil satılır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda fantastik qiymətə avtomobil satılır

Avto

03 İyun 2026 08:56 123


Ölkədə yeganə olduğu deyilən "Mercedes" fantastik qiymətə satışa çıxarıldı. 

Bu, 1938-ci ildə istehsal olunan "Mercedes 170 V" markalı avtomobildir. 

Retro avtomobil hazırda Sumqayıt şəhərində saxlanılır və onun sahibi əslən Qubadlı rayonunun Qayalı kəndindən olan Teymur Məmmədovdur.  Pepperoni pizza

Retro maşın fantastik qiymətə - 650 min manata satışa çıxarılıb. Avtomobilin yaşı 88-ə yaxın olsa da, texniki və xarici görünüş baxımından yaxşı vəziyyətdədir. Sahibi nəqliyyat vasitəsini bu qiymətə təklif etməsini son bir neçə ildə onun restavrasiyasına 200 min manatdan çox pul xərcləməsi ilə əsaslandırır. Digər səbəb kimi isə ölkə bazarında tək olmasını və rəqibin olmamasını göstərir.

“Yeni Sabah” Xezerxeber-ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!