Möhkəmliyini yoxlamaq üçün avtomobili uçurumdan atdılar

saytların hazırlanması

Evə çatdırılma

Möhkəmliyini yoxlamaq üçün avtomobili uçurumdan atdılar

Avto

26 Noyabr 2026 09:22 53


Çin istehsalçısı “Geely” Avropa bazarına çıxarmağa hazırlaşdığı yeni “Lynk & Co 07 GT” modelini saatda 70 kilometr sürətlə uçurumdan ataraq sınaqdan keçirib. Şiddətli zərbəyə baxmayaraq salonun bütövlüyünü qoruyan avtomobilin görüntüləri gündəm olub.

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, Çin avtomobil nəhəngi “Geely” yeni “Lynk & Co 07 GT” modelinin kuzov dayanıqlılığını və təhlükəsizlik standartlarını nümayiş etdirmək məqsədilə qeyri-adi toqquşma testinə imza atıb.

Ölkənin Çjantszyakou (Zhangjiakou) şəhərində keçirilən və görüntüləri ictimaiyyətlə paylaşılan sınaq zamanı istehsal xəttindən yeni çıxmış standart “07 GT” modeli saatda 70 kilometr sürətlə trampolindən keçərək uçurumdan aşağı buraxılıb. Elektronika məhsulları

Havada süzüldükdən sonra ön hissəsi üzərinə yerə çırpılan və dəfələrlə aşaraq təkərləri üzərində dayana bilən avtomobilin şiddətli zərbəyə rəğmən hər dörd qapısının problemsiz açıldığı görünüb. Qəzadan sonra avtomobilin ön və yan şüşələrinin bütövlüyünü böyük ölçüdə qoruduğu, panoramik şüşə tavanın isə çatlamasına baxmayaraq sərnişin salonuna doğru çökmədiyi qeydə alınıb.

“Geely” rəsmiləri toqquşma anında açılan yan pərdə təhlükəsizlik yastıqlarının təzyiqini 6 saniyədən artıq müddətdə saxladığını və bunun qəzadan sonrakı təkrar zərbələrdə sərnişin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Bununla yanaşı, sözügedən sınağın müstəqil təhlükəsizlik qurumunun nəzarəti altında aparılmadığı və modelin hələ rəsmi toqquşma testlərindən keçmədiyi bildirilir.

Markanın ilk universal (“station wagon”) kuzov tipli avtomobili kimi təqdim olunan və Avropa premyerasını Parisdə reallaşdıran “Lynk & Co 07 GT” alçaq tavan xətti və kəskin dizayn cizgiləri ilə diqqət çəkir.

Yaxın vaxtlarda Avropa bazarında da satışa çıxarılması planlaşdırılan model kapotunun altında markanın “EM-P” hibrid güc aqreqatını daşıyır. Turbo mühərrikli 1,5 litrlik benzin mühərrikini iki elektrik mühərriki və 28,3 kVt/saat tutumlu batareya ilə birləşdirən bu sistem avtomobilə ümumilikdə 530 at gücü və 764 Nm fırlanma anı təmin edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!