Bu ilin ilk altı ayında Azərbaycan Dəmir Yolları (ADY) ilə daşınan sərnişinlərin sayında əhəmiyyətli artım qeydə alınıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, 2026-cı ilin yanvar-iyun aylarında ADY ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz, təkcə iyun ayında isə 24 faiz daha çox sərnişin daşıyıb. pizza
Məlumata görə, ilin birinci yarısında Abşeron dairəvi dəmir yolu ilə 5,1 milyondan çox sərnişin səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz çoxdur.
Eyni dövrdə rayonlararası marşrutlarla isə təxminən 289 min sərnişin daşınıb. Bu göstərici də ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz artıb.
ADY-nin məlumatına əsasən, may ayında yenidən fəaliyyətə başlayan Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlarla isə indiyədək 12 mindən çox sərnişin daşınıb.
Telegram kanalımız