“Azərbaycanda icra başçıları içərisində cəmi bir qadın var” – Millət vəkili

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanda icra başçıları içərisində cəmi bir qadın var” – Millət vəkili

Siyasət

08 May 2019 11:00 1345


“Bizdə majoritar seçki sistemi olduğuna görə, bunu imperativ formada qoymaq, kvotayla müəyyənləşdirmək olmaz. Partiya sistemi olanda, partiya listində bu balans saxlanılır, kvota nəzərdə tutula bilir. Parlament seçkilərində kim çox səs qazanırsa, o qalib gəlir”. 

Bu sözləri “Yeni Sabah”a açıqlamasında millət vəkili Fazil Mustafa Milli Məclisdə və seçkili orqanlarda  qadınların sayının artırılması üçün mütləq kvotanın tətbiqi ilə bağlı danışarkən deyib. O bildirib ki, bu məsələnin  Azərbaycanda tətbiqi bir az problemlidir:

“Amma hər halda qadınların rolunun artırılması vacibdir. Çalışmaq lazımdır ki, bütün dairələrdə, daha çox  qadın namizədlər olsun və  onların parlamentdə təmsilçiliyi daha çox  nəzərdə tutulsun. Müəyyən mənada faiz qoymaq olar, amma bunu majoritar seçki prinsipi ilə etmək çətindir. Ancaq  proporsional seçki sistemində bu mümkündür”.  Toyuqlu pizza

Millət vəkili qeyd edib ki, bu sahələrdə fəaliyyət göstərə biləcək qadın kadrlarımız yetərincə deyil:

“İctimai fəal qadınların sayı  çox deyil. Olanlara da çox imkan yaradılmır ki,  daha da inkişaf edib  ictimai həyatda rol alsınlar. Məsələn, icra hakimləri içərisində cəmi bir qadın var. Bu sahələrdə digər qadınları da tapıb təyin etmək olar. Hər halda kişilərdən pis işləməzlər. Bundan başqa bir dövlət komitəsinin sədri qadındır. Ona görə, bunlar hamısı müəyyən dərəcədə problemlidir”.

F.Mustafa Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bu istiqamətdə hansı işlər görə biləcəyindən də danışıb:

“Ailə, Qadın və Uşaq Problemləri Komitəsi təşəbbüskarlıq göstərsə,  çox şey edə bilər. Hərənin bir səlahiyyəti var. Səlahiyyətə görə, fədakarlıq  eləsə, çox işlər görmək mümkündür. Ailə strukturu, cəmiyyətdə qadının rolunun qaldırılması istiqamətində ictimai hərəkat başlatmaq olar, qeyri-hökumət təşkilatlarını canlandırmaq, fəaliyyətini aktivləşdirmək olar. Ailə strukturunu möhkəmlətmək istiqamətində vətəndaş təşəbbüskarlığını artırmaq mümkündür. Çoxlu işlər var və bunların görülməsi hələ ki, mümkün olmadığına görə, bu sahədə sükunət və durğunluq var”. 

Qeyd edək ki, Azərbaycan Hökuməti və BMT-nin Əhali Fondunun əməkdaşlığı ilə hazırlanan cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair Milli Fəaliyyət  Planında Azərbaycanda qadınların Milli Məclisdə və seçkili orqanların bütün səviyyələrində sayının artırılması üçün mütləq kvotanın tətbiqi təklif edilib. Sonrakı illərdə bu rəqəmin artmasına baxmayaraq, qadınların təmsilçilik faizinin Avropa ölkələri ilə müqayisədə aşağı olduğu bildirilib.

Əsmər Qabil

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!