Azərbaycanda icra hakimiyyətləri ləğv olunur

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda icra hakimiyyətləri ləğv olunur

Siyasət

04 İyun 2022 08:18 61235


İcra hakimiyyətlərinə bu ilin sonuna qədər zaman verilib.

“Yeni Sabah” xəbər verir ki, bu haqda məlumatı Cebhe.info yayıb. Sayta daxil olan məlumata görə, ölkə üzrə fəaliyyət göstərən bütün icra hakimiyyətlərinə bu ilin sonuna qədər onlara tapşırılan bütün layihələri yekunlaşdıraraq hesabat vermələri tapşırılıb.

Eyni zamanda, növbəti ildən icra hakimiyyətlərinə yeni layihələrin verilməyəcəyi və büdcə ayrılmayacağı da bildirilir. pizza mizza

Məlumatda həmçinin qeyd olunur ki, bu proses icra hakimiyyətlərinin yaxın zamanlarda ləğv olunmasına hesablanıb. 

Qeyd edək ki, bir müddətdir ki, icra hakimiyyətlərinin ləğv edilməsi, böyük şəhərlərdə mer seçkilərinin keçirilməsi, bələdiyyə institutunun təkmilləşdirilməsi təkliflər sırasındadır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!