Azərbaycanda ilk dəfə ürək köçürülən şəxsin durumu necədir? -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ilk dəfə ürək köçürülən şəxsin durumu necədir? - FOTOLAR

Sağlamlıq

05 May 2026 11:19 175


“Qafqaz regionunda ilk ürək transplantasiyası edilən xəstə növbəti 6 aylıq yoxlamadan keçib. Əməliyyatdan sonrakı ən riskli hesab olunan ilk 6 aylıq dövr uğurla geridə qalıb və pasientin vəziyyəti hazırda stabildir”.

“Yeni Sabah” xəbər verir ki, bunu tibb elmləri doktoru, professor, tanınmış ürək-damar cərrahı Kamran Musayev bildirib.

O qeyd edib ki, beləliklə, ürək transplantasiyasından sonrakı ən riskli dövr hesab olunan ilk 6 aylıq mərhələ geridə qaldı.

K.Musayev eyni zamanda cəmiyyətə çağırış edərək vurğulayıb ki, orqan bağışlanması həyat xilas edən mühüm addımdır:

“Fürsətdən istifadə edərək, bütün insanlarımızı bir daha orqan bağışlanmasında aktiv iştirak etməyə dəvət edirəm. Unutmayaq ki, beyin ölümünün baş verdiyi hallarda bağışladığımız hər orqan başqa bir xəstənin həyata bağlanmasına səbəb olur!”.

Qeyd edək ki, ötən il oktyabrın 31-də Azərbaycanda ilk dəfə meyit donorun ürəyi transplantasiya edilib. Ürək transplantasiyası əməliyyatı Mərkəzi Klinikada baş həkim, professor Kamran Musayevin rəhbərlik etdiyi ixtisaslı tibbi heyət tərəfindən icra olunub. Meyit donorun ürəyi Tovuz rayon sakini, 2006-cı il təvəllüdlü şəxsə köçürülüb.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!