Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Azərbaycanda inqilab kimi islahatlar... – Parlamentin sarsılmış nüfuzu bərpa olunur
29 Noy 2019 13:56
2162

Azərbaycanda inqilab kimi islahatlar... – Parlamentin sarsılmış nüfuzu bərpa olunur

Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi islahatlar konsepsiyasının tərkib hissəsidir. Bu yanaşma parlamentin buraxılması təşəbbüsü ilə çıxış edən hakim Yeni Azərbaycan Partiyasına (YAP) məxsusdur.  

Yenisabah.az bildirir ki, təşəbbüsü irəli sürənlərin fikrincə, Prezident İlham Əliyevin başlatdığı islahat dalğası hakimiyyətin bütün qollarını, o cümlədən qanunverici hakimiyyəti də əhatə etməlidir. İctimai rəydə bu yanaşma birmənalı qəbul olunmasa da, ictimai-siyasi seqmentin böyük hissəsi Milli Məclisin vizionun dəyişdirilməsi, gülünc açıqlamaları ilə iqtidarı hədəfə gətirən, mandat daşımaqla yanaşı dövlət vəzifəsi tutan, biznesmen və ahıl deputatlardan imtina edilməsini, parlamentin sarsılmış nüfuzunun bərpa olunmasını zəruri sayır. 

Hakimiyyət nümayəndələri isə öz növbəsində növbədənkənar seçkilər nəticəsində formalaşacaq parlamentin indiki tərkibdən əhəmiyyətli dərəcədə fərqlənəcəyini gizlətmir və bu addımın həqiqətən də islahatların tərkib hissəsi olması qənaətinin daha da möhkəmləndirilməsinə xidmət edən açıqlamalar verirlər.

Bəzi siyasi şərhçilər hesab edir ki, parlamentin buraxılmasında məqsəd həqiqətən də qanunverici orqanı hakimiyyətin bir qolu kimi gücləndirmək, ona yeni nəfəs verməkdir. Bu qənaətdə olanların fikrincə, neft gəlirləri azalandan sonra hakimiyyət idarəetmədə ciddi dəyişikliklərə ehtiyac olduğunun fərqinə varıb. 2016-cı ildə keçirilən referendumla vitse-prezidentlik institutunun yaradılması idarəetmədə islahatların ilk qaranquşu hesab edilə bilər. 

Vitse-prezidentlik institutu Nazirlər Kabinetinin siyasi yükünü azaldaraq bu qurumu çevik iqtisadi maşına çevirmək imkanları yaratdı. Hələ referendum ərəfəsində ekspertlər Nazirlər Kabinetinin ləğv ediləcəyi barədə mülahizələr irəli sürməyə başladılar. Əlbəttə bu mülahizələr eyforik düşüncənin məhsulu idi. 

Praqmatiklər isə hesab edirdi ki, Nazirlər Kabineti sadəcə iqtisadi mərkəz funksiyasını daşıyacaq. Referendumdan sonra Nazirlər Kabinetinə daxil olan mərkəzi icra hakimiyyəti orqanları arasında ilk olaraq iqtisadi sahəyə cavabdeh olan dövlət qurumlarında kadr və struktur dəyişikliyinə start verilməsi praqmatiklərin proqnozunu daha inandırıcı edirdi.

8 oktyabr 2019-cu il tarixdə Baş nazir Novruz Məmmədovun Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovla əvəzlənməsindən sonra isə proses daha sürətli xarakter almağa başladı. Yeni Baş nazirin əsasən iqtisadi sahələrə yönəlik addımları, paralel olaraq struktur dəyişikliklərinə start verilməsi və bu prosedə İqtisadiyyat Nazirliyinin Vergilər Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi kimi iri qurumları “udması” daha çevik hökumətin formalaşdırılması ideyasının yalnız nəzəri xarakter daşımadığını ortaya qoydu. 

Eyni zamanda uzun müddət vəzifədə olan, potensialı tükənən və marginallaşan məmurların istefaya göndərilməsi göstərdi ki, proses təkcə Nazirlər Kabinetinin update edilməsi yox, köklü islahatlar dalğasıdır. 

Təbii ki, nüfuzu sarsılmış Milli Məclis bu dalğadan kənarda saxlana bilməzdi. Əgər ölkədə köklü islahatlar aparılırsa, qanunverici orqanın da yenilənməsi istər-istəməz zərurətə çevrilir. Bu addım həm də ölkədə siyasi canlanmaya səbəb olmaqla hüquqi dövlət quruculuğuna ciddi təkan verə bilər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər