Azərbaycanda internet problemi: “Starlink” gəlsə, nə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda internet problemi: “Starlink” gəlsə, nə olacaq?

Sosial

24 May 2022 17:01 1695


İnternet hazırda insanlıq üçün hava və su kimi lazım olan vasitələrdən bəlkə də üçüncüsüdür.

Hazırda dünyada internet şəbəkələrinin təkmilləşdirilməsi üçün bir sıra işlər görülür. Bunlara misal olaraq “Transatlantik kommunikasiya xətləri” ilə yanaşı “SpaceX” şirkətinin ötən il tətbiqinə başladığı “Starlink” layihəsini qeyd edə bilərik.

Doğrudur, dünyada bu sahədə mühüm işlər, hətta milyard dollarlıq layihələr həyata keçirilir. Lakin təəssüf ki, ölkəmizdə hələ də internetin sürətində gözəçarpan yeniliklər yoxdur. Dördpendirli pizza

Amma onu da qeyd etmək lazımdır ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tabe olan bir sıra provayder şirkətlər artıq bölgələrlə yanaşı Bakı ətrafı kənd və qəsəbələrdə yüksək sürətli fiberoptik xəttlərin pulsuz çəkilməsinə başlayıb.

Lakin internetin sürətinə baxanda provayderin istehlakçı qarşısında qoyduğu qiymət indeksləri bir o qədər də ürəkaçan deyil. Azərbaycanda son illərdə ən yüksək sürətli internet 50-60 mb/s civarında yer alsa da, bu tendensiya dünyanın bir sıra ölkələrində fərqlidir. 

Buna baxmayaraq, Azərbaycan istehlakçısı üçün 30 mb/s internet hələ ki qənaətbəxş hesab edilir və əsasən, istifadə edilən internet paketi bu sürətlədir. Aylıq ödənişi 18-20 AZN civarında olan 30-35 mb/s-lik internet şəbəkəsi son 1 ildir Azərbaycanda getdikcə populyarlaşan tendensiya üzrə inkişaf edir.

Amma gəlin, bir də dünyaya nəzər yetirək. Dünyanın ən sürətli internet xidməti göstərən ölkələrin siyahısında ilk üçlüyə nəzər yetirək:

Sıralamaya 197.59 mb/s ilə Çili başçılıq edir. İkinci yerdə 194.07 mb/s ilə Sinqapur gəlir. İlk üçlüyün sonuncusu isə 188.66 mb/s ilə kiçik bir dövlət olan Monako Knyazlığıdır.

Bəs görəsən, Azərbaycanda internetin sürətini artırmaq üçün hansı tədbirlər görülməlidir?

“Starlink” layihəsi Azərbaycana gələ bilərmi?

Azərbaycan istehlakçısı yüksəksürətli və cibə münasib internetlə nə zaman təmin oluna bilər?

Yenisabah.az-a danışan İT üzrə mütəxəssis Asif Rzayev deyir ki, hazırda bina evlərində internetin sürəti çoxalıb və bu saat həyət evlərinə də internet xətləri çəkilir:

“Misal üçün mən özüm Biləcəridə yaaşyıram və burada da artıq fiberoptik kabellərlə internet çəkməyə başlayıblar. Özü də bu xidmət pulsuzdur və pulsuz olaraq çəkilir, eləcə də 30mb/s civarında internet verilir. Hazırda bu mövzuda inkişaf aparılır.

Əgər Bakı ətrafı qəsəbələrdə və kəndlərdə fiberoptik internetlə təminedilmə tam tətbiq olunmayıbsa, inanmıram ki, bölgələrdə bunun tətbiqinə başlanılsın. Ola bilsin ki, Bakı bitəndən sonra bölgələrdə buna başlaya bilərlər. Bəlkə bölgələrdə müəyyən yerlərdə başlayıb artıq”.

“Starlink” layihəsinin gələcək perspektivdə Azərbaycanda olub-olmamasından söz açan mütəxəssis vurğulayıb:

“O ki qaldı “Starlink”ə, səhv etmirəmsə, onun qiyməti 60-65 manat civarındadır. Amma ola bilsin ki, Azərbaycan istehlakçısı bu qiymətlə razılaşmasın. Əgər kim sırf İT üzrə işləyirsə və ona evdə yüksəksürətli internet lazımdırsa, ola bilsin ki, bu, onlara daha çox faydalı olsun. Çünki “Starlink” ölkəmizdə tətbiq olunsa, internetin sürəti qalxacaq. Amma 30mb/s-lik internet hazırda çox insanı qane edir”.

Müsahibimiz “Free WiFi” məsələsinə də toxunub:

“Sadəcə bu mövzuda əsas problemlərdən biri də bölgələrdə, eləcə də Bakıda pulsuz internet şəbəkələrinin (Free WiFi – red.) azlıq təşkil etməsidir. Misal üçün, xarici ölkələrdə internetə əlçatanlıq daha çoxdur. Həmçinin, bunun təhlükəsizliyinin qorunması da ayrı bir məsələdir. Amma yenə də vətəndaşlarımızın daha rahat şəkildə internetə bağlanması üçün “Free WiFi”ların sayı çoxalmalıdır. Düzdür, Bakıda var, amma yüksəviyyəli deyil. Qoşulmada problemlər çıxır, sürət zəifdir və s. Bu barədə mütləq işlər görülməlidir”.

Digər bir İT üzrə mütəxəssis Tariyel Ağazadə isə söyləyir ki, “Starlink” yaxın illərdə Azərbaycan istehlakçısının istifadəsinə veriləcək:

““Starlink”lə bağlı yayılan son xəbərə görə, ya növbəti, ya da 2024-cü ildə Azərbaycanda bunun tətbiqinə başlanılacaq. Burada sistem belədir ki, istehlakçılar “Starlink”dən setup alır və aylıq ödəniş edərək bunun istifadəsinə başlaya bilir.

Ancaq əlbəttə ki, bu, dövlət qurumları, xüsusən də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə razılaşdırılmış şəkildə olacaq. Çünki onlar bu siqnalları rahat şəkildə bloklaya bilər. Lakin qeyd etdiyim kimi, bu, mümkündür, sadəcə burada dövlətin təşəbbüsünün olması vacibdir”.

T. Ağazadə əlavə edib:

“Əslində, “Starlink”in Azərbaycana gəlməsi, həmçinin, regionlarda internetin olması məsələsini də asanlaşdırır ki, burada dövlətin yükü də azalır. Yəni dövlət burada əlavə kabellərdən və infrastrukturun qurulması xərclərindən azad olur.

Doğrusunu desəm, burada qiymətlər bir az uyğun deyil. Lakin siqnalın sürəti yüksək olacaq.

Bildiyiniz kimi, bu internet şəbəkəsi çox geniş radiusda güclü və keyfiyyətli xidmət verir. Ona görə də, ola bilər ki, bir neçə qonşu bu xidmətdən bir dənə alıb istifadə edə bilərlər. Məsələn, regionlarda bəzi kəndlər var ki, oraya internet çəkmək mümkün deyil. Belə olan halda bu sistem orada da istifadəyə yararlı ola biləcək. Tutaq ki, aylıq 100 dollar ödənişdirsə və 5 evdən də bunu birlikdə alıblarsa, bunu 5 yerə bölsək, çox da böyük bir məbləğ etmir. Adambaşına 20-30 manat düşəcək, ya yox”.

““Starlink” layihəsinin əsas məqsədi kasıb ölkələrdə internet məsələsini həll etməkdir. O ölkələrdə də bunu edirlər.

O ki qaldı regionlara, hazırda regionlarda internetin sürəti çox da qənaətbəxş deyil. Onu da qeyd edim ki, artıq bölgələrdə fiberoptik internetin çəkilməsinə başlanılıb. Planlar qurulub və investisiyalar qoyulub. Bu prosesə başlanılıb”, - deyə müsahibimiz yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!