Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Azərbaycanda internet qiymətinin yüksək, sürətinin isə az olmasının səbəbi -  ŞƏRH
16 İyl 2021 14:25
1904

Azərbaycanda internet qiymətinin yüksək, sürətinin isə az olmasının səbəbi - ŞƏRH

“Sabit və mobil internetin sürətinə görə dünya ölkələri üzrə “Speedtest Global Index” indeksi açıqlanıb. Sabit internet sürətinə görə Azərbaycan 181 ölkə arasında 122-ci yerdə qərarlaşıb, mobil internet sürətinə görə isə 137 ölkə arasında 66-cı yeri tutub. XXI əsrdə, dünyanın onlayn sistemə keçdiyi bir dövrdə belə göstəricilər biabrçılıqdır, belə internet sürəti ilə hələ bir distant təhsil, onlayn dərslər keçirmək də istəyirlər”.

Yenisabah.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

O qeyd edib  ki, məhz bu səbəbdən 2020-ci ildə ölkənin böyük bir hissəsində məktəblilər onlayn təhsildən məhrum oldular və bunun fəsadlarını hələ illər sonra daha kəskin hiss edəcəyik:

“Dəyərinə gəldikdə isə Azərbaycanda internet bölgəmizdə ən baha qiymətə olan xidmətlərdən biridir, Azərbaycanda 100 mbit/s internet 44,64 dollardır. Gəlin, müqayisə edək. Eyni həcmli internet Ukraynada 6,18 dollar, Rusiyada 7,68 dollar, Moldovada 9,66 dollar, Qazaxıstanda 11,21 dollar, Belarusda 12,96 dollar, Ermənistanda 21 dollar, Türkiyədə 30,09 dollar, Gürcüstanda 33,79 dollardır”

İqtisadçı vurğulayıbk i, Azərbaycanda internet qiymətləri Ukraynadan 7 dəfə bahadır:

“Ölkədə bu xidmətin qiyməti bəzi Avropa ölkələrindən də bahadır, məsələn, Macarıstanda 10,32 dollar, Bolqarıstanda 13,88 dollar, Latviyada 14,19 dollar, Finlandiyada 17,91 dollar, Litvada 19,73 dollar, Çexiyada 23,57 dollar, İspaniyada 33,11 dollar, Avstriyada 39,79 dollardır.   Yəni həm qiymət baha, həm sürət az və belə vəziyyətdə Azərbaycan hökuməti 21-ci əsrdə yüksək texnologiyalardan, “ağıllı kənd və şəhərlər”dən danışır. Qiymətin yüksək, sürətin isə az olmasının əsas səbəbi isə inhisarçılıqdır, rəqabətsizlikdir. Bu, ölkənin bütün sahələrində “xroniki xəstəlikdir”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər