Yutub uşaqlara görə 3 milyard təzminat ödəyəcək

saytların hazırlanması

Evə çatdırılma

Yutub uşaqlara görə 3 milyard təzminat ödəyəcək

Rəqəmsal

22 Noyabr 2026 13:47 51


Yutub platforması ABŞ-də minlərlə məktəb dairəsinə təxminən 3 milyard dollar kompensasiya ödəmək barədə ilkin razılığa gəlib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə “Bloomberg” danışıqların gedişindən məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Videoplatforma şagirdlərdə asılılıq yaratmaqda və onların psixi sağlamlığına zərər vurmaqda ittiham olunur. İddialara görə, yutubun alqoritmləri və istifadə mexanizmləri uşaqların platformadan həddindən artıq istifadəsinə səbəb olur. Sərfəli qiymətə məhsullar

Razılaşmanın yeniyetmələrin zərərli məzmundan qorunması üçün əlavə tədbirləri də əhatə etdiyi bildirilir.

Qeyd edək ki, kompensasiya ilə bağlı razılaşma hələ yekunlaşmayıb. Sənədin qüvvəyə minməsi üçün məktəb dairələrinin əksəriyyətinin razılığı və ABŞ məhkəməsinin təsdiqi tələb olunur. Prosesin bir neçə ay çəkə biləcəyi gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!