Azərbaycanda koronavirusa görə süni tənəffüs aparatına qoşulan xəstələrin sayı - Foto
06 İyl 2020 22:24
283

Azərbaycanda koronavirusa görə süni tənəffüs aparatına qoşulan xəstələrin sayı - Foto

Azərbaycanda koronavirusla bağlı bu günə olan statistik göstəriciləri açıqlanıb.

TƏBİB-dən Yenisabah.az-a daxil olan məlumata görə, bu gün ölkədə koronavirusla bağlı 6240 test edildiyi bildirilib.

Məlumata görə, indiyə qədər Azərbaycanda 522 773 test aparılıb.

Xatırladaq ki, bu günə qədər ölkəmizdə 20 837 nəfər koronavirusa yoluxub. 258 nəfər ölüb, 12 182-si isə sağalıb. Hazırda 8397 nəfər aktiv xəstə kimi qeydiyyatdadır. 

Həmin şəxslərdən 343 nəfərin vəziyyəti ağırdır, 60 nəfər isə süni tənəffüs aparatı vasitəsilə xəstəliklə mübarizə aparır.

Azərbaycanda koronavirusa görə süni tənəffüs aparatına qoşulan xəstələrin sayı - Foto
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər