Azərbaycanda meşə yanğınları 9 kəndi qazsız qoydu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda meşə yanğınları 9 kəndi qazsız qoydu

Sosial

19 Avqust 2022 12:06 1044


Meşə yanğınları nəticəsində SOCAR “Azəriqaz” İstehsalat Birliyinə dəyən ziyanın həcmi yanğınlar başa çatdıqdan və lazımi təftiş işləri keçiriləndən sonra müəyyən ediləcək.

Yenisabah.az xəbər verir ki, bunu "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, “Azəriqaz”a indiyədək dəyən ziyan çox boyük deyil, lakin dəyən ziyanın tam həcmi təftiş və yoxlamalar aparılandan sonra müəyyən olunacaq. pizza

Baş direktor açıqlamasında yanğınlar nəticəsində hazırda ancaq Şabran rayonunun 9 kəndinə (1 000 abonentə yaxın) qazın verilişi dayandırıldığını bildirib. 

Xatırladaq ki, avqustun 15-də Şabran rayonunda yanğın səbəbindən fövqəladə vəziyyət elan olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!