“Azərbaycanda müəllimlərin 83 faizini xanımlar təşkil edir“   - Nazir

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanda müəllimlərin 83 faizini xanımlar təşkil edir“ - Nazir

Sosial

08 Mart 2021 14:50 771


"Bu gün ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində qadınlar aparıcı mövqeyə sahibdirlər".

Yenisabah.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “facebook” səhifəsində paylaşıb.

O bildirib ki, təhsil prosesinin də mərkəzində qadınlar dayanır: " Azərbaycanda müəllimlərin 83 faizini xanımlar təşkil edir. Əminliklə deyə bilərik ki, fədakar ruhlu xanımlarımız hər bir Vətən övladının yetişməsində həm ana, həm müəllim kimi 2 qat təsirə malikdirlər. Onlar 44 günlük Vətən müharibəsinin gizli qəhrəmanlarıdırlar. Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımlarımızı ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə xoşbəxtliyi, işlərində uğurlar arzulayıram”. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!