Azərbaycanda muzey kimi ev - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda muzey kimi ev - Fotolar

Rəsmi

31 Yanvar 2019 18:20 1326


Xaçmaz rayonunun Çaykənarı kənd sakini Qərib Aşkarinin yaşadığı ev muzeydən seçilmir.

Bu evin və həyətinin divarlarını məşhur azərbaycanlıların 100-ə yaxın mozaik panoları bəzəyir. Əslən Quba rayonunun Zərdabi qəsəbəsindən olan Qərib Aşkari 1970-ci ildən təyinatla Xaçmazın Çaykənarı kəndindəki məktəbdə dil-ədəbiyyat müəllimi işləməyə başlayıb. Sonradan bu kənd onun daimi yaşayış yerinə çevrilib.

Gənc yaşlarından rəssamlığa böyük maraq göstərən Q.Aşkari ilk mozaik panosunu Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin 850 illiyinə həsr edib. Daha sonra dahi şairin əsərləri də panolarda öz əksini tapıb. Hazırda Q.Aşkarinin evinin və həyətinin divarlarını Heydər Əliyevin, Xəqani Şirvaninin, Əcəmi Naxçıvaninin, Məhəmməd Şəhriyarın, Həzi Aslanovun, Şah İsmayıl Xətainin və onlarla başqa dahi şəxsiyyətlərin mozaik təsvirləri bəzəyir. Pepperoni pizza

Qərib Aşkari bu panoları divarlarda həkk etmək üçün kafel, metlax, şüşə qırıntıları, həmçinin sement, qum kimi adi tikinti materiallarından istifadə edir. Panonun hazırlanması üçün bir həftə, bəzən isə bir aya yaxın vaxt sərf olunur.

O, yaxın gələcəkdə həyətinin divarlarında şəhidlərimizə həsr olunmuş yeni mozaik panolar hazırlamağı planlaşdırır.

Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Q.Aşkari yazdığı şeir və nəsr əsərləri ilə də tanınır.

Milli Qəhrəman Yavər Şahbazov adına orta məktəbdə dərs deyən Q.Aşkari təhsil müəssisəsində öz təşəbbüsü ilə yaradılan xalq yaradıcılıq mərkəzinə rəhbərlik edir. Burada şagirdlərə rəssamlıq və xalq yaradıcılığı ilə bağlı biliklər aşılanır.

Azərtac.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!