Azərbaycanda nə qədər aktiv koronavirus xəstəsi var?  - Foto
19 Sen 2020 21:12
879

Azərbaycanda nə qədər aktiv koronavirus xəstəsi var? - Foto

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 19-na olan statistik göstəriciləri açıqlayıb.

Yenisabah.az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 6722 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 1 047 906 test aparılıb. Onlardan 39 042-sinin cavabı pozitiv çıxıb. İndiyədək 574 nəfər COVID-19-dan dünyasını dəyişib, 36 601 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 1867 nəfərdir. 108 nəfər reanimasiyada, 8 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 148 yoluxma faktı qeydə alınıb, 2 nəfər dünyasını dəyişib, 177 pasiyent sağalıb.

Azərbaycanda nə qədər aktiv koronavirus xəstəsi var?  - Foto
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər