Dünya Səhiyyə Təşkilatı (DST) antibiotiklərə qarşı müqavimətin artması ilə bağlı xəbərdarlıq edib.
“Yeni Sabah” xəbər verir ki, təşkilatın proqnozuna görə, mövcud vəziyyət dəyişməzsə, qarşıdakı 25 ildə antimikrob dərmanlara davamlılıq ucbatından 39 milyon insan həyatını itirə bilər.
2021-ci ildə dünyada 1 milyondan çox insan birbaşa dərman müqavimətinı görə ölüb. ShopByBro
Mütəxəssislər bildirirlər ki, bakteriyaların antibiotiklərə qarşı davamlılığının artması infeksiyaların müalicəsini çətinləşdirir. Bu vəziyyət xüsusilə xərçəng müalicəsi alan və xroniki xəstəlikləri olan şəxslər üçün ciddi təhlükə yaradır.
Təşkilat ölkələri infeksiyaların qarşısının alınması, antibiotiklərdən düzgün istifadə və yeni müalicə vasitələrinin hazırlanması istiqamətində təcili tədbirlər görməyə çağırıb.
Aydan Hacı
Telegram kanalımız