Azərbaycanda neçə müəllim 2000 manatdan yuxarı maaş alır? 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda neçə müəllim 2000 manatdan yuxarı maaş alır? 

Sosial

15 Dekabr 2023 17:23 676


“2026-ci ilə kimi 137 min müəllim sertifikatlaşdırmadan keçəcək”. 

Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırkı müddətə kimi müəllimlərdən 40 min nəfəri (29 faiz) sertifikatlaşdırmaya cəlb olunub: Marqarita pizza

“32 min nəfərin əməkhaqqısına əlavələr edilib. 24 min nəfərdə 10 faiz, səkkiz min nəfərdə isə 35 faiz əlavələr olunub”.

Nazir qeyd edib ki, hər üç müəllimdən biri 2023-cü ilin sertifikatlaşdırmasından sonra 1000 manat və daha çox əməkhaqqı alır:

“28 min müəllim 500 manata qədər, 59 min müəllim 500-1000 manat, 34 min müəllim 1000-1500 manat, yeddi min müəllim 1500-2000 manat, 950 müəllim 2000 manatdan yuxarı əməkhaqqı alır”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!