2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində 9 milyard 206,6 milyon manatlıq xidmət göstərilib.
“Yeni Sabah” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, xidmətlərin həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 7,1% artıb.
Hesabat dövründə ölkə üzrə 140,8 milyon ton yük daşınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8% çoxdur. Marqarita pizza
Sərnişin daşınmasında isə daha yüksək artım qeydə alınıb. Belə ki, 7 ay ərzində 1 milyard 290 milyon nəfər sərnişin daşınıb ki, bu da illik müqayisədə 8,6% artım deməkdir.
Telegram kanalımız