Azərbaycanda prezident seçkiləri keçirilməsinin SƏBƏBİ

Azərbaycanda prezident seçkiləri keçirilməsinin SƏBƏBİ

Siyasət Veb saytların hazırlanması

07 Dekabr 2023 14:16 22198


Xəbər verdiyimiz kimi Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib.

Musavat.com-un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilib.

Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.

İndi bir çoxlarında belə bir sual var. Nə üçün növbədənkənar seçkilər keçiriləcək?

Ekspertlər bildirirlər ki, Azərbaycanda bu seçkilərin keçirilməsinin əsas səbəbi ərazi bütövlüyü və suverenliyimizin tam bərpası ilə bağlıdır.

Prezident reytinqinin ən yüksək olduğu vaxtda seçki qərarı verdi. Əlbəttə ki, bu, həm də yeni çağırışlara cavab verən komandanın formalaşdırılması üçündür. Azərbaycan necə yeni mərhələyə daxil oldusa, artıq onun komandası da bu standartlara cavab verməlidir.

2018- ci ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyev xalqımızın qarşısında duran ən mühüm problem - ərazi bütövlüyümüzün bərpası prosesinin son tamamlayıcı mərhələsinə start verdi və qısa zamanda ölkəmizin, xalqımızın bütün potensialını vahid məqsəd uğrunda səfərbər etdi.

Prezident seçildikdən cəmi iki il sonra - 2020- ci ilin sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı, 2023-cü il sentyabrın 20-də lokal antiterror tədbirləri isə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası prosesini tamamladı.

Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçirilir. Bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Ona görə də keçirilməsi lazımlı bilinib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Murad Musayev
    Bəli bütün ölkə ərazsizində Azərbaycanın süveren hüquqlarını həyata keçirməsinin bütün dünyaya bəyanıdır və bu mümkün olan ən tez bir zamanda tarixə düşməlidir, bununlada ərazilərimizdə bütün iddialara son nöqtə qoyulacaq, Azərbaycan xalqı bütün ölkə ərazisində ilk dəfə deyuri və defakto bütün suverenlik hüquqlarını tam həyata keçirmiş olacaq.
    3 months ago
  • Xanım
    Əlbəttə biz hörmətli İlham Əliyev ən layiqli namizəddir. Allah onu qorusun
    3 months ago
  • Leyla Səfərova
    Azərbaycan xalqı öz prezidentinə inanır və daim onu dəstəkləyir. Prezidentimiz də əmindir ki, azərbaycançılıq ideyalarının təbliğində və ərazi bütövlüyümüzün təmin olunmasında, bütöv Azərbaycan ideallarının həyata keçirilməsində ona yalnız və yalnız bizlərin, onun xalqının dəstəyi lazımdır. Bizlərə göstərdiyi etimada görə liderimizə minnətdarlığımızı ifadə etmək istərdim şəxsim adına.
    3 months ago
  • Aybəniz
    Cənab prezidentmiz və Ali baş komandanımiz,sizi bu yuolunda daim uğurlar arzulayiriq və Azərbaycan xalqi olaraq daim yaninizdayiq.torpaqlarimizin azadligi ugrunda sizə,şehidlərimizə,və vətən uğrunda can qoyan bütün oğullar qarşısinda baş eyirik.cənab prezident sizden bir vətəndaş kimi,ruşvət yeyən məmurlarida antiterror kimi təmizləməyiniz və tənha analarin səsinə səs verməyiniz,tənha analara yardim etməyinizdir , tənha anayam dovlətden heçnə almiram sosial yardim belə verilmir . Xais edirəm ki,bizlərində səsini duyun,Allah sizi başimizdan əksik etməsin.
    3 months ago
  • Ərşad Qasımov.
    YOLDAŞ PREZİDENT, ALLAH SƏNƏ VƏ AİLƏNƏ YARDIM ELƏSİN. ƏLHƏMDULİLLƏH - MƏN MÜSƏLMANAM VƏ MÜSƏLMANLARIN DA BURDA NECƏ RAHAT İBADƏT ETDİKLƏRİNİ DƏ GÖRÜRƏM İNŞƏALLAH. AMMA BU ÖLKƏDƏ MÜSƏLMANLARIN VƏ QEYRİ - MÜSƏLMANLARIN ÇOXUSUNUN PULSUZLUQDAN YARANAN ƏN ÇƏTİN PROBLEMLƏRLƏ YAŞADIĞINI GÖRÜRƏM. SƏNDƏN XAHİŞ EDİRƏM RƏHBƏR OLARAQ BU MİLLƏTƏ YARDIM ELƏ.
    3 months ago
  • Şixəliyeva Pərvanə
    Allah qorusun. Prezidentmiz Cənab İLHAM ƏLİYEV.
    3 months ago
  • Turqut Həziyev
    Allah sizi qorusun, cənab möhtərəm Prezident İlham Əliyev. Ümid edirəm ki, sizin səyləriniz nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam qorunacaqdır. Vətənimiz sizinlə qürur duyur, xalqımız sizinlə fəxr edir. Yaşasın möhtərəm Prezident, Yaşasın AZƏRBAYCAN! Cənab Prezident Əliyev <<İLHAMLA İRƏLİ!>>
    3 months ago
  • Sulhane
    Prezidentliye layiq tek insan ele Ilham Eliyevdir.Inshallah yene de prezidentimiz o olar.
    3 months ago
  • Güləbatın
    Bir mənalı olaraq prezidentliyə layiq cənab İlham Əliyevdir. 5 ildə Verdiyi sözdən də artığını yerinə yetirdi. İnşAllah İLHAMLA İRƏLİ!!!
    3 months ago
  • Elmir Babayev
    Çox hörmətli cənab Prezident! Allah Sizi xalqımızın üzərindən əskik etməsin. İnşallah dövlətimiz və xalqımız üçün uğurlu olar. Siz nəyi nəvaxt və necə etmək lazımdır daha yaxşı bilirsiz. Uğurlar cənab Ali Baş Komandan.
    3 months ago
  • Rövşən
    Bizim üçün Müzəffər Ali Komandanımız artıq tarixi qəhrəmandır və onun seçkilərində iştrak etmək Azərbaycanın ən ulu tarixinin bir hissəsi olmaqdır. Çox yaşa Prezidentimiz!
    3 months ago
  • Kamil
    Liderliyiniz əbədi olsun cənab Prezident! Allah razı olsun sizdən ???? özbaşına məmurları da təmizləsəniz elə bil Azərbaycan ərazisi minalardan təmizlənib.Qarabağ Azərbaycandır!????????
    3 months ago
  • Tamela Mehdiyeva
    Hər dəfə seçkilərə gedəndə tam əminliklə hörmətli İlham Əliyevə səs verirəm və nə qədər sağam onun seçilməsini arzulayıram. Çünki bizim başımızı uca edən, bütün dünyada Azərbaycanı tanıdan və sevdirən Prezidentimizin. Hər gün dua edirəm ki, İlham Əliyev dövlətimizə rəhbərlik etsin və ölkədə insanlar firavan yaşasın.
    3 months ago
  • Namiq
    Cox hormetli Cenab prezident siz cox gozel priezidentsiniz omurluk Azerbaycana preziden olmaga layiqsiniz.Siz dunyanin en yaxsi adina layiqsiniz.Biz sisinle fexr edirik.Fexr edirik ki Azerbaycanin sizin kimi gorkemli sexsiyyeti var.Allah sizi qorusun.Her zaman sizinleyik.
    3 months ago
  • Latifa
    Yaşa Cənab Prezidentim xalq sizi sevir sizə səs verir!!!!
    3 months ago