Azərbaycanda qadınlar da əsgər gedəcək? - Polkovnikdən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda qadınlar da əsgər gedəcək? - Polkovnikdən açıqlama

Sosial

13 Fevral 2024 12:52 23998


Bəzi xarici ölkələrdə kişilərlə yanaşı qadınlar da ordu sıralarına qatılıb hərbi xidmət keçirlər. Azərbaycanda isə qadınların hərbi sahədə iştirakı sadəcə arxa cəbhədəki fəaliyyətləri ilə məhdudlaşır. Maraqlıdır, nə vaxtsa, qadınlar da ordu sıralarımıza qoşula bilərmi? 

Məsələ ilə bağlı “Yeni Sabah”a ehtiyatda olan polkovnik Üzeyir Cəfərov açıqlama verib. O bildirib ki, əvvəllər bu təcrübədən istifadə edilib: 

“Mən qadınların əsgər getməsi məsələsinə normal yanaşıram. Çünki bizim elə qızlarımız, xanımlarımız var ki, bəzi kişilərdən daha cəsur və qeyrətlidirlər. Niyə həvəs göstərdikləri sahədə özlərini realizə etmək üçün onlara şərait yaradılmasın? 1990-cı illərin əvvəllərində, Azərbaycan müstəqil olandan sonra xanımlar da hərbi məktəblərə qəbul olunurdu. Bir sıra xoşagəlməz hadisələr və uyğunsuz davranışlar baş verəndən sonra qərar verildi ki, hərbi sahədə qadın məsələsi yığışdırılsın. Burada o qədər sahələr var ki, tibb, təhsil və s. sahələrdə qadınlar xidmət keçə bilərlər. Hətta bu məsələni başqa müsahibələrimdə də bildirmişəm ki, qadınlar hərbi xidmətdə olanda kişilər özlərini yığışdırırlar. Məlumdur ki, kişilər hərbi xidmət zamanı bir yerə toplaşanda bəzən söyüşlə danışa, artıq-əskik hərəkət edə bilirlər. Ancaq o yerdə xanım varsa, mentalitetə uyğun olaraq kişilər daha mədəni davranırlar. Mən xanımların hərbi xidmətdə yer almasının tərəfdarıyam. Lakin bu məsələ məcburi olmamalıdır. İsrail, Ukrayna və digər ölkələrdəki kimi olmasa da, hərbi xidmət keçib, ordu sıralarına qatıla bilərlər”.  Toyuqlu pizza

Hərbi ekspert aidiyyatı qurumların həmin məsələ ilə bağlı qanun layihəsi hazırlamasını təklif edib: 

“Biz hər nə qədər bərabərlik, azadlıq desək də, bir o qədər də gender bərabərliyini pozuruq. Çünki bu məsələdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müəyyən dərəcədə işlər görməli, dəyişikliklər edilməsi üçün qanun layihəsi hazırlayıb təklif etməlidirlər. Ancaq bu sahədə vəzifədə olanlar heç bir təşəbbüs irəli sürmürlər, məsələ ilə maraqlanmaq istəmirlər. Halbuki, hesabatlarına baxanda adam az qala 3 dəfə onların qabağında baş əymək istəyir. Bu səbəbdən düşünürəm ki, oxşar məsələ və problemləri aidiyyatı qurumlar öz üzərinə düşən öhdəlikləri yerinə yetirməklə həll edə bilərlər”. 

Aytac Şahin 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rafael
    Gerey Azərbaycandan kisi nesli tam tukene Onan sora goren olmaz gedeler.Hele bizim kimi ogular varkən qadina ehtiyac yoxdu. Versinlər usag pulu camat 1deneden artiq usag isdemir saxlaya bilmir deye milete yaxsi baxsinlar usag artımı olsun
    2 years ago
  • Naib
    Siz demokratlar çox əxlaqsız insanlarsınız! Allah sizlərədə, sizlərin fikirlərinizədə lənət etsin! Amin!!!
    2 years ago
  • Sara
    Tərtər hadisələri yadımızdadı Kişiləri aparıb onların başına oyunlar açdığınız az imiş kimi indi qadınlara keçmisiz Vallah mən kişilərə oxşamıram Şizofrenlərlə yaşamış pitbul kimi şeyəm gördüm artıq əksik nəsə olur Generalada baxmaram vurub öldürərəm Heç ruhumda rahat durmaz qəbrə kimi apararam hamınızı Aparırsınız uşaqlara adam kimi baxın baxmırsınız axır əvvəl bir dəli çıxıb sizin cəzanızı verəcək
    2 years ago
  • rasim
    g
    2 years ago
  • Mehemmed
    QEYRETLİ QARDASLAR VAR OLDUGCA AZERBAYCAN KİSİSİ SAG OLDUGCA QADİNLARMİZA DUSMEZ BU İSLER MEN BELE DUSUNUREM HERBİCİ QARDASİMİZDA DEMİSDİ BU SOZU O QEYRETLİ QARDASMİZA QATİLİRAM AZERBAYCAN KİŞİSİ SAG OLDUGU MUDDETCE XANİMLARİMİZ ESGER GEDE BİLMEZ. LAZİM GELER USAQDAN BOYUYE GEDİB SON NEFESİMİZE QEDER GEDİB ORDUMUZA DESTEK DURAR GEREKEN NEDİRSE ETMEYE HAZİR OLARİQ VE OLURUQDA QARABAG AZERBAYCANDİ
    2 years ago
  • GəncƏli
    Əsgərliyə getmələrinin tərəfdarı deyiləm. Şərəfsizlik baş alıb gedir onsuzda. Olacaqsa, qadınlar tamamilə kişilərdən uzaq, yalnızca qadınlar olan bölmələrdə xidmət göstərsinlər. Əks təqdirdə kiminsə qızı gedib bədbəxt olacaqsa, bu olmasa daha yaxşıdı
    2 years ago
  • Elnur
    ????????????maho kimi gelenleri gorduk nece oldu ona gore qadinlarin ise girmesini dayandirdilar hele bir deyim var o gozu yaralanan mehsur bas leyntant var idi o deyirdi biz kisiler qirilmayinca bizi qirib qutarandan sora qadinlar esgere geler yoxsa gelmesinler amandi????
    2 years ago