Əmi, xala uşaqları arasında evlilik qadağan oluna bilər.
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Rüstəm Qasımov deyib.
O bildirib ki, qanunvericilik səviyyəsində üçüncü və dördüncü dərəcəli qohum evliliklərinin qarşısının alınması müzakirə olunur: pizza mizza
"Bu, əmi, xala uşaqları arasında olan nikahları ehtiva edir. Faktiki vəziyyət göstərir ki, uzun illərdir aparılan maarifləndirmə işlərinə baxmayaraq, problem hələ də qalır. Buna görə də dövlətin addım atması önəmlidir".
Telegram kanalımız