Azərbaycanda qoyunların sayı 15% azalıb – Statistika

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda qoyunların sayı 15% azalıb – Statistika

İqtisadiyyat

13 Oktyabr 2026 11:48 102


Azərbaycanda xırda buynuzlu heyvanların (qoyun və keçi) baş sayında son 6 ildə kəskin azalma müşahidə olunur.

"Yeni Sabah" xəbər verir ki, 2020-ci ildə ölkədə 8 milyon 89,7 min baş qoyun və keçi olduğu halda, bu ilin əvvəlində onların sayı 6 milyon 757,8 min başa qədər geriləyib.

Bu, son 6 ildə ölkədə qoyun və keçilərin sayında 1 milyon 331,9 min baş, yəni 16,5 faiz azalma deməkdir. Dominos pizza

Heyvanların sayı azaldığı halda, qoyun və keçi əti istehsalında ciddi dəyişiklik müşahidə olunmayıb. 2020-2024-cü illərdə qoyun və keçilərin sayında 14,7 faiz azalma qeydə alınıb. Lakin həmin dövrdə diri çəkidə qoyun və keçi ətinin istehsalı cəmi 4,2 faiz artıb. Belə ki, 2020-ci ildə diri çəkidə 178,4 min ton qoyun və keçi əti istehsal edilibsə, 2024-cü ildə bu göstərici 7,5 min ton artaraq 185,9 min tona yüksəlib.

2020-2024-cü illərdə Azərbaycandan xarici ölkələrə qoyun və keçi ixrac edilməyib. İdxal isə təxminən 1 milyon baş olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!