Azərbaycanda Rusiya peyvəndi istehsal olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda Rusiya peyvəndi istehsal olunacaq

Sosial

22 Fevral 2022 14:54 653


Rusiya və Azərbaycan "Sputnik V" peyvəndinin istehsalının təşkili üzərində işləyirlər.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bu barədə iki ölkə prezidentləri Vladimir Putin və İlham Əliyevin danışıqları üçün hazırlanmış materiallarda deyilir.

"2021-ci ildə Azərbaycan tərəfinin müraciəti əsasında Rusiyanın "Sputnik V" peyvəndinin 220 min dozası gətirilib. Əlavə olaraq 80 min dozanın gətirilməsi planlaşdırılır. Yeni müraciətlər daxil olmayıb. Azərbaycanda vaksin istehsalının təşkili davam etdirilir. işlənib”, - deyə sənəddə qeyd olunur. Dördpendirli pizza

Moskva və Bakı koronavirus məsələlərində əməkdaşlığı fəal şəkildə inkişaf etdirir. 2020-ci ilin yazında Azərbaycan tərəfi 120 dəst "Vektor" test sistemi (12.000 sınaq üçün) alıb. 2020-ci ilin yayında adına Baş Hərbi Klinik Hospitaldan, N. Burdenko adına Federal Tibbi və Bioloji Agentliyi və İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin, habelə Moskva və Rusiyanın bir sıra digər aparıcı tibb müəssisələrinin  həkim qrupları  Azərbaycana ezam olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!