İqtisadiyyat naziri Mikayıl Cabbarov Niderlandın “C. Steinweg Group” şirkətinin baş icraçı direktoru Ulf Boll ilə görüşüb.
“Yeni Sabah” xəbər verir ki, görüşdə kritik minerallar və logistika sahəsində əməkdaşlıq imkanları, eləcə də saxlama-anbar komplekslərinin yaradılması məsələləri müzakirə olunub. Eyni zamanda, Orta Dəhliz üzrə birgə layihələr və bu istiqamətdə infrastruktur imkanlarının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində Azərbaycanın əlverişli biznes və investisiya mühiti, xarici investorlar üçün yaradılmış imkanlar və investisiyaların təşviqi mexanizmləri barədə qarşı tərəfə ətraflı məlumat verilib. pizza mizza
Telegram kanalımız