Azərbaycanda sayğaclara mobil telefonla ödəniş ediləcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda sayğaclara mobil telefonla ödəniş ediləcək

Sosial

07 Fevral 2022 11:49 1324


“Azərişıq” ASC tərəfindən yeni NFC sayğaclar istifadəyə verilir. 

“Yeni Sabah” xəbər verir ki, NFC sayğaclara abonent mobil telefon ilə ödəniş edə bilər. Bununla da vətəndaş üçün ödəniş proseduru daha da rahat və asanlaşmış olur.

İstifadə üçün telefona “Azərişıq” mobil tətbiqi endirilməlidir. Bu tətbiqdən istifadə etməklə balans artırılır, daha sonra yüklənəcək məbləğ qeyd olunur və telefonu sayğaca yaxınlşadıraraq ödəniş edilir. Sezar pizza

Bu yenilik sayəsində abonent elektrik enerjisinin gündəlik sərfiyyatına da mobil telefonunda dəqiqliklə nəzarət edə biləcək. 

NFC sayğacların digər müsbət tərəflərindən biri də odur ki, artıq “Azərişıq” ASC əməkdaşı tərəfindən ünvanda sayğacın aylıq oxunmasına da ehtiyac qalmır. Bu da abonentlə nəzarətçi arasında fiziki təması aradan qaldırır və şəffaflığı tam təmin edir. 

Müasir texnologiyalardan istifadə, innovativ yeniliklərin tətbiqi “Azərişıq” ASC-nin əsas hədəfləri sırasındadır. NFC sayğacların istimara verilməsi də bu istiqamətdə atılan addımlardan biridir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!