Türkiyədə soğanın qiymətinin fantastik dərəcədə bahalaşması Azərbaycan bazarına da təsirsiz ötüşməyib.
Son 15 gündə soğanın qiymətində 2 dəfəyədək bahalaşma müşahidə edilir. Soğan satışı ilə məşğul olanlar məhsulun bahalaşmasını Türkiyəyə ixracın artması və nəticədə yerli bazarda soğana tələbin çoxalması ilə izah edirlər.
Türkiyədə soğanın qiyməti sürətlə artaraq bir kiloqramı bəzi satış yerlərində 6 lirəni, yəni Azərbaycan valyutası ilə 2 manatı ötüb. Bu isə Azərbaycanda soğan istehsalçıları üçün yeni və əlverişli şərait yaradıb. Amma Türkiyəyə soğan ixrac edilməsi Azərbaycanın daxili bazarında da bu məhsulun bahalaşmasına səbəb olub. Toyuqlu pizza
Bir neçə gün öncə isə Qida Təhlükəsizliyi Agentliyi soğan ixrac edən sahibkarlara müraciət ünvanlayıb. Qeyd olunub ki, Türkiyənin Kənd Təsərrüfatı Nazirliyinə bu ölkəyə xaricdən soğan daxil olmasını məhdudlaşdırma çərçivəsində Azərbaycandan ixrac edilən soğanın "zərərli risk analizi"nin aparılması barədə məlumat daxil olub.
Məlumat daxil olduqdan sonra Azərbaycanda becərilən soğanın risk təhlili aparılıb və uyğun şərtlər daxilində Türkiyəyə soğanın ixracına icazə verilib. Ölkəmizdən bu ölkəyə aparılması nəzərdə tutulan kartofda gövdə nematodu və soğanın ağ çürüməsi zərərli orqanizmlərin olmamasına xüsusi diqqət yetirilir. Sahibkarların da bu məqamı nəzərə almaları xahiş olunub.
Xezerxeber.az
Telegram kanalımız