Azərbaycanda son həftədə koronavirusdan 3 nəfər öldü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda son həftədə koronavirusdan 3 nəfər öldü - Foto

Sosial

30 Oktyabr 2023 22:42 626


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son bir həftədə (23.10.2023-29.10.2023) 95 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan üç nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 834 050 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 823 588 nəfər müalicə olunaraq sağalıb, 10 356 nəfər vəfat edib, aktiv xəstə sayı 106 nəfərdir. Dördpendirli pizza

Ölkədə son həftə ərzində 3 475, hazırkı dövrədək isə 7 703 250 test aparılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!