Tanınmış ədib, şair, nasir və tərcüməçi Yusif Həsənbəyin xəstəxanaya yaranmış borcu ilə bağlı yardım kampaniyası həyata keçirilib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin (AYB) beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu paylaşım edib.
O, sosial şəbəkə hesabında paylaşdığı müraciətdə Yusif Həsənbəyin ağır vəziyyətdə özəl xəstəxanalardan birində müalicə aldığını bildirib və qeyd edib ki, yazıçının dövlət xəstəxanasına köçürülməsi üçün əvvəlcə özəl xəstəxanada yaranmış təxminən 2000 manatlıq borcun bağlanması tələb olunur. pizza mizza
Müraciətdə həmçinin vurğulanıb ki, Yusif Həsənbəyin yaxın qohumu və ya ona dəstək olacaq kimsəsi demək olar ki, yoxdur.
Qısa müddət sonra Səlim Babullaoğlu yeni paylaşım edərək yardım kampaniyasının dayandırıldığını açıqlayıb. O bildirib ki, tələb olunan vəsait toplanıb və kampaniyaya qoşulan hər kəsə təşəkkür edib.
“Yardımları ilə qoşulan hər kəsə təşəkkür edirəm. Tələb olunan vəsait toplandı, kampaniyanı dayandırdıq. Allah heç kimi köməksiz qoymasın. Xəstələr şəfa tapsın”.
Aydan Hacı
Telegram kanalımız