Azərbaycanda üç rayonda icra başçısı vəzifəsi boşdur

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda üç rayonda icra başçısı vəzifəsi boşdur

Siyasət

12 Noyabr 2025 18:44 2557


Hazırda Azərbaycanda icra başçısı olmayan rayonların sayı 3-dür. Bunlar Gədəbəy, Naftalan və Naxçıvan Muxtar Respublikasının Culfa rayonlarıdır.

"Yeni Sabah" "Unikal"a istinadla xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Göyçay rayonunda icra başçısı təyin edilib.

O.Mürsəlov 11 avqust 2022-ci ildə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi. pizza sifarişi

Dövlət başçısının digər sərəncamı ilə Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Göygöl rayonunda icra başçısı təyin olunub. V.Novruzov 2019-cu ilin dekabr ayından Naftalanın icra başçısı idi.

Hazırda Mürsəlov və Novruzovun yerlərinə təyinat yoxdur.

2023-cü il avqustun 31-də Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev vəzifəsindən azad edilib. O, 2019-cu il aprel ayının 2-dən bu postda çalışırdı. İki ildən çoxdur Culfa rayonuna icra başçısı təyin edilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!