Ölkədə vahid kibertəhlükəsizlik platformasının əsasının qoyulması istiqamətində praktiki addımlara start verilib.
“Yeni Sabah” xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Milli Kibertəhlükəsizlik Agentliyi tərəfindən icrasına başlanılan layihənin ümumi dəyəri təxminən 436 min manat qiymətləndirilir.
Çoxfunksiyalı modullardan ibarət olacaq yeni sistem təhdid kəşfiyyatı və insidentlərlə bağlı məlumat mübadiləsi, təşkilatların platformaya inteqrasiyası, sorğuların idarə olunması, faylların təhlükəsiz "sandbox" mühitində sınaqdan keçirilməsi, həmçinin zəifliklərin və nüfuzetmə testlərinin nəticələrinin tərəfdaşlara ötürülməsi kimi vacib imkanları təmin edəcək. Pepperoni pizza
Qeyd edək ki, analoji platformanın yaradılması Dövlət Başçısının 27 fevral 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənmiş "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nda nəzərdə tutulub.
Telegram kanalımız