GTA 6-dan görünməmiş rekord – PlayStation tarixində belə hadisə olmayıb

saytların hazırlanması

Evə çatdırılma

GTA 6-dan görünməmiş rekord – PlayStation tarixində belə hadisə olmayıb

Rəqəmsal

25 Noyabr 2026 17:54 45


Dünyanın ən çox gözlənilən videooyunlarından biri olan GTA 6 satışa çıxdıqdan sonra böyük maraqla qarşılanıb. Oyun PlayStation tarixində indiyədək qeydə alınan ən uğurlu başlanğıca imza atıb.

“Yeni Sabah” xəbər verir ki, “Sony” şirkətinin açıqladığı məlumatlara əsasən, noyabrın 22-dək PlayStation 5-də GTA 6 oynayanların sayı 39 milyonu ötüb. Oyun PlayStation tarixində eyni vaxtda ən çox oyunçunun iştirak etdiyi layihə kimi də rekorda imza atıb. Bununla da həm çoxnəfərli, həm ödənişsiz, həm də tək nəfərlik oyunlar arasında əvvəlki göstəricilər geridə qalıb.

PlayStation 5 istifadəçiləri GTA 6-da ümumilikdə 683 milyon saat vaxt keçiriblər. Oyunçular ilk günlərdə oyunun dünyasını araşdırmaq üçün orta hesabla 17,4 saat vaxt sərf ediblər. Oyunun satışa çıxarıldığı gün PS5-in istifadəyə verilməsindən sonra ilin sonu bayramları nəzərə alınmadan ən çox yeni konsolun internetə qoşulduğu gün olub. Bundan başqa, satışa çıxarılandan bəri alınan yeni PlayStation 5 konsollarının 70 faizində ilk oynanılan oyun məhz GTA 6 olub. Sərfəli qiymətə məhsullar

Xatırladaq ki, “Grand Theft Auto VI” noyabrın 19-da PlayStation 5 və Xbox Series konsolları üçün satışa çıxarılıb. “Rockstar Games” noyabrın 20-də açıqlayıb ki, oyun əvvəlcədən 32,5 milyon sifariş alıb. İlk gün pərakəndə satışlardan əldə olunan gəlir isə 3,79 milyard dollar təşkil edib.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!