Azərbaycanda valideynlər uşağa görə hər ay 395 manat ala bilər

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda valideynlər uşağa görə hər ay 395 manat ala bilər

Sosial

05 Aprel 2024 10:59 33698


Azərbaycanda ilk dəfə himayədar ailə modeli yaradılıb. Layihənin əsas özəlliyi valideyn himayəsindən məhrum olan uşaqların müvəqqəti övladlığa verilməsidir. 

Belə ki, 0-18 yaş arası uşaqların ailə mühitində böyüməsinin onların mənəvi və psixoloji inkişafına müsbət təsiri nəzərə alınaraq beynəlxalq təcrübənin ölkəmizdə də tətbiqinə başlanılıb.

Hələlik isə 10 uşaq himayədar ailəyə verilib. pizza

Bəs himayədar ailə üçün tələblər nədir?

Sosial Xidmətlər Agentliyinin departament müdiri Cavid Şahmalıyev bildirib ki, himayədar ailə müraciəti üçün elektron altsistem yaradılıb:

“Vətəndaşlar notarial qaydada elektron ərizə almaqla, şəxsi kabinetlər açmaqla himayədar ailəyə müraciət edirlər. Onların müraciəti bizdə göründükdən sonra müsahibə və müayinələr başlayır. Bunlar bitdikdən sonra himayədar ailələr təlimlərə cəlb olunurlar. Bir aydan sonra uşaqla ailənin uyğunlaşmasına baxılır. Hazırda müraciətlərin sayı az, uşaqların sayı çoxdur deyə uyğunlaşma asan gedir”.

Qeyd edək ki, himayədar ailə layihəsinin qəyyumluqdan bir fərqi də subay və dul şəxslərə də 18 yaşına qədər saxlamaq üçün uşağın verilməsinə şəraitin yaradılmasıdır. Həmçinin həmin şəxslərə müavinət veriləcək.

“0-18 yaş arası sağlam uşaqları götürənlər dövlət tərəfindən müavinət əldə edirlər. Müavinət 355-395 manat arasıdır. Bu da uşağın yaşından asılıdır. Məsələn, 0-6 yaş arası uşaqlara 355 manat, yaşı daha çox olan uşaqlara isə 395 manat müavinətin verilməsi nəzərdə tutulub. Əlilliyi olan uşaqlar üçün isə 395-430 manat müavinətin verilməsi nəzərdə tutulub”, - deyə departament müdiri qeyd edib.

Daha ətraflı Baku TV-nin süjetində: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Turanə
    Mənim 2 uşaqim var özdə atasiz baxiram dövlət köməkliy etmir ki normal şəkildə o, uşaqlar baxam
    2 years ago
  • Gulnar
    Salam mənim qardaşım dünyasını dəyişib bu yaxınlarda yoldaşı dünyasını dəyişdi mən qızı himayədar olmaq istəyirəm bele şey mümkündür qey edimki 1də oğlu var
    2 years ago
  • əminə
    3uwaq mende var aylıq onlar üçün mende istiyirəm dəstək
    2 years ago
  • Rəna
    Öz dünyaya gətirdiyimizə güclə baxırıq bir sözlə uşaq pulu vermək əvəzinə hər cür fikir ortaya qoyurlar hər gün baxıram bəlkə dəyərlər uşaq pulu verilir .bunlardan bu söz çıxınca uşaqlarımın 18 yaşı bitəcək. Ümüddə yaxşı şeydir.
    2 years ago
  • Coni
    Heçnə az qala desinlər ki gedin Bakıdan nesillikce müayinədən keçin.
    2 years ago
  • Gunay
    Salam menim iki evladlm var hec yerden gelir yerimiz yoxdu usaq 1nln 3 1 nln 5 yasl var Balakende yasaylrlq
    2 years ago