Azərbaycanda yenidən qapanmalar olacaq? - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yenidən qapanmalar olacaq? - AÇIQLAMA

Sosial

11 Avqust 2022 10:31 1267


Son dövrlər ölkə ərazisində yoluxma sayında artımın müşahidə edilməsi ictimaiyyətdə, xüsusən də sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Vətəndaşları isə ən çox maraqlandıran sual yenidən qapanmaların və məhdudiyyətlərin tətbiq edilib-edilməyəcəyidir. Ekspertlər hesab edirlər ki, zərurət yaranacağı halda yenidən tədbirlər gücləndirilə bilər.

Müşahidələr göstərir ki, koronavirusa yoluxanlar xəstəliyi əvvəlkinə nisbətən daha yüngül keçirir. Kütləvi peyvəndləmə bu işdə özünü müsbət tərəfdən göstərib. pizza hut

Mövzu ilə bağlı "AZTV"yə danışan həkim-infeksionist Mədinə Abdullayevanın sözlərinə görə, qapanma üçün yaranan əsas şərt xəstəxanaya yatışların artması və tibb müəssisələrinin yüklənməsidir.

Hazırda isə belə hal yaşanmadığı üçün qapanma gözlənilmir. Təbii ki, xəstəliyin gedişatında dəyişiklik olarsa qapanmaların tətbiqi istisna deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!