Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlandı

Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlandı

Din Veb saytların hazırlanması

12 Fevral 2024 17:04 2321


Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri danışıb.

Onun sözlərinə görə, Həcc ziyarəti iyun ayında baş tutacaq:

“Ziyarətə iyun ayının əvvəlindən başlanılması, həmin ayın sonunda isə isə zəvvarların geri dönməsi planlaşdırılıb”.

Bu gündən Həcc ziyarəti üçün sənəd qəbuluna başlanılıb. Sənədlərin qəbulu iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi, 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.

Ziyarət üçün tələb olunan sənədlər ümumvətəndaş pasportu; şəxsiyyət vəsiqəsinin surəti; 3.5 × 4.5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda) və sağlamlıq haqqında arayışdır.

Bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

Xatırladaq ki, Həcc ziyarəti Qurban bayramı ərəfəsində olur. Bu il Qurban bayramı iyunun 16-17-si olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!