Mərhum Papa: “Şeytanı 3 dəfə görmüşəm”

saytların hazırlanması

Evə çatdırılma

Mərhum Papa: “Şeytanı 3 dəfə görmüşəm”

Din

25 Noyabr 2026 13:18 106


Ötən ilin aprelində 88 yaşında vəfat edən Roma Papası Fransiskin 1992–2024-cü illər ərzində qələmə aldığı gündəliyi kitab kimi nəşq olunub.

“Yeni Sabah” xəbər verirk, 1960-cı illərdən bəri ilk dəfə bir papanın şəxsi qeydlərinin dərc olunması katolik dünyasında və beynəlxalq mediada böyük rezonans doğurub.

Gündəlikdə yer alan 2021-ci il tarixli qeyddə mərhum pontifik həyatı boyunca şeytanı 3 dəfə gördüyünü yazıb. Online shopping Azərbaycan

Onun sözlərinə görə, bu hallardan biri avtomobildə, ikincisi ayin zamanı xorun yerləşdiyi hissədə, üçüncüsü isə Vatikan rəsmiləri ilə keçirilən toplantı əsnasında baş verib. Həmin anları təsvir edən Fransisk şeytanın "təhdidedici" baxışlarını və səsindəki güclü, boğuq tonu unuda bilmədiyini qeyd edib. Buenos-Ayres arxiyepiskopu olduğu dövrdə Karmelit kilsəsində yaşadığı digər qarşılaşmanı isə o, "Mənə alov-alov yanan gözlərlə baxdı, əvvəlkindən daha kəskin idi" sözləri ilə xatırlayıb.

Pontifikin qeydlərində 2018-ci ilin iyun ayında yuxuya hazırlaşarkən "cəhənnəmin qapılarını gördüyü" barədə sətirlər də diqqət çəkir. Gördüklərindən ciddi şəkildə qorxduğunu və üzərində xaç olan təsbehdən bir silah kimi istifadə etdiyini yazan Papa gündəliyində "Cəhənnəmin qapılarına yaxınlaşmaq təhlükəlidir, çünki alovlar püskürüb sizi yandıra bilər" ifadələrinə yer verib.

12 il ərzində Katolik Kilsəsinə rəhbərlik etmiş argentinalı Papa gündəliyində 2018-ci ildə Çiliyə etdiyi səfərdən duyduğu dərin peşmanlığı da etiraf edib. Həmin vaxt bir rahibin törətdiyi cinsi istismar hallarını ört-basdır etməkdə təqsirləndirilən yepiskopu müdafiə etdiyi üçün sərt tənqid olunan Fransisk 2021-ci il qeydlərində Çilidə baş verənləri qəbul etməyin onun üçün çətin olduğunu və məsələnin bu dərəcədə ciddi olduğunu əvvəlcə təxmin etmədiyini bildirib.

2013-cü ildə Papa seçilən Fransisk 21 aprel 2025-ci ildə dünyasını dəyişib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!