Azərbaycanın alma ixracı azalıb, gəliri isə artıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın alma ixracı azalıb, gəliri isə artıb

İqtisadiyyat

27 Avqust 2026 17:46 75


2026-cı ilin ilk 7 ayında Azərbaycanın alma ixracı fiziki həcm baxımından azalsa da, əldə olunan gəlirdə artım qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki, hesabat dövründə xaricə 50 min 106 ton alma satılıb. Ötən ilin müvafiq dövrü (54 min 387 ton) ilə müqayisədə ixracın həcmi 7,87% azalıb.

Həcmin azalmasına baxmayaraq, əldə edilən statistik dəyər 7% artaraq 40 milyon 953 min dollara çatıb (ötən il 38 milyon 275 min dollar). Bu artım xaricə satılan almanın orta qiymətinin yüksəlməsi ilə bağlıdır. Almanın 1 tonunun orta ixrac dəyəri 703,8 dollardan 817,3 dollara (16,1% artım) qalxıb. Dördpendirli pizza

Qeyd edək ki, alma ixracının ümumi ixracda payı 0,21%, qeyri-neft sektoru üzrə ixracda payı isə 0,69% (ötən il 1,83%) təşkil edib.

Cəlalə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!