Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu özünü tərifləyib. O, Azərbaycanda bütün həmkarlarından üstün olduğunu dilə gətirib.
Yenisabah.az xəbər verir ki, Hüseyn bu barədə "Xəzər axşamları" verilişində danışıb. İfaçı ölkədə heç kimi özünə rəqib görmədiyini deyib: "Mən Azərbaycanda bir nömrəli klarnet ifaçısıyam. Bu sahədə tayım-bərabərim yoxdur. Mən Azərbaycanda klarnet ifaçılarının ən parlaq ulduzuyam".
Hüseyn Məhəmmədoğlu mahir klarnet ifaçısı olduğunu bildirsə də, özünü sənətkar hesab etmədiyini vurğulayıb. Deyib ki, sənətkar geniş məhfumdur, o isə sadəcə, yaxşı ifaçıdır. pizza sifarişi
Telegram kanalımız