Azərbaycanın bu bankında ŞOK azalma

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın bu bankında ŞOK azalma

İqtisadiyyat

14 İyul 2026 16:48 378


"AFB Bank" ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub.

"Yeni Sabah" Report-a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 dəfə azdır.

Yanvar-iyun aylarında "AFB Bank"ın gəlirləri 29,485 milyon manat (1 il əvvələ nisbətən 91,7 % çox), xərcləri 28,636 milyon manat (99,5 % çox), xüsusi ehtiyatlara ayırmalar 611 min manat (1 il bundan əvvəl qənaət edib) təşkil edib. Bank mənfəət vergisi ödəməyib. Toyuqlu pizza

Bu il iyulun 1-nə "AFB Bank"ın aktivləri 536,916 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 72,2 % çoxdur. Bunun 380,558 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 2 dəfə böyüyüb.

Hesabat dövründə "AFB Bank"ın öhdəlikləri 95,2 % artaraq 461,426 milyon manata, o cümlədən depozit portfeli 2,4 dəfə artaraq 342,289 milyon manata, balans kapitalı isə 0,1 % artaraq 75,49 milyon manata çatıb.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,393 milyon manatdır. Bankın səhmlərinin 99,64 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11 %-lik səhmdarı), 0,18 %-i Cəmil Tahir oğlu Muradova, 0,18 %-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!